Bakıda silah alveri ilə məşğul olan iki nəfər tutulub

Bakıda silah alveri ilə məşğul olan iki nəfər tutulub
# 07 avqust 2015 10:09 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K. Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə A. Heybətov da tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR