Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 10 dekabr 2014 10:07 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı - Qazax əsas magistral yolunun 208-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 26 yaşlı Qasımov Faiq Teymur oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücünün həmyerliləri - 51 yaşlı Qasımov Teymur İslam oğlu və 51 yaşlı Aslanova Gülnarə İslam qızı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR