Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib
# 13 oktyabr 2014 15:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini dəm qazından zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Totanlı küçəsində yaşayan 1992-ci il təvəllüdlü Kənan Adıgözəlov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Dərhal reanimasiya şöbəsinə yerləşdirilən K.Adıgözəlovun vəziyyəti orta ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 22 yaşlı gənc yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR