Musa Pənahov: “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismar qatarı tezliklə Türkiyə sərhədinə hərəkət edəcək”

Musa Pənahov: “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismar qatarı tezliklə Türkiyə sərhədinə hərəkət edəcək”
# 17 sentyabr 2014 11:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Yaxın aylarda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismar qatarı Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyə sərhədinə qədər hərəkət edəcək. Bununla da qatarların hərəkəti üçün texniki işlərin aparılması daha asan olacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

O deyib ki, sentyabrın sonuna qədər sərhədə kimi bütün texniki işlər, yəni yolların qurulması yekunlaşdırılacaq.

“Sərhəddə Türkiyə ilə uzunluğu 4 km-dən artıq tunel var. Tuneldə artıq 80% işlər yerinə yetirilib. Gələn ilin ortalarına bu tunel hazır olacaq. Bununla da, Gürcüstan ərazisindən Türkiyə ərazisinə birbaşa qatarla getmək mümkün olacaq. Türkiyə ərazisində də işlər davam etdirilir. Bu işlərin yekunlaşdırılması da gələn ilə nəzərdə tutulub”.

M. Pənahov bildirib ki, 2015-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR