Yük qatarının vurduğu Şəmkir sakini yerindəcə ölüb

 Yük qatarının vurduğu Şəmkir sakini yerindəcə ölüb
# 19 iyul 2014 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda Gürcüstan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 17-də saat 18 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsinin ərazisində Gürcüstan vətəndaşı Ruben Bzikabzenin idarə etdiyi yük qatarı ilə Şəmkir rayon sakini Ənvər Abbasov vurulub.

Ə. Abbasov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR