Ötən il Azərbaycanda istehsalat qəzaları nəticəsində 183 nəfər zərər çəkib

Ötən il Azərbaycanda istehsalat qəzaları nəticəsində 183 nəfər zərər çəkib
# 25 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 2013-cü ildə Azərbaycanda baş verən istehsalat qəzaları nəticəsində 183 nəfər zərər çəkib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onların 16 nəfərini və ya 8,7%-ni qadınlar təşkil edib.

İstehsalat qəzası nəticəsində həlak olan 66 nəfərdən 4-ü qadın olub. Sənayedə və tikintidə əlverişsiz əmək şəraitində çalışan kişilərin sayı isə qadınların sayından çoxdur.

Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin əsas hissəsi 35-54 yaşlarda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrini tutmuş qadınlar əsasən 35-54 yaşda olanlardır. İnzibati vəzifələrini tutmuş kişilərin əsas hissəsi isə 35-64 yaş qruplarında olanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR