Arseni Yatsenyuk: “Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edərsə, Ukrayna elə həmin gün buna cavab verəcək”

Arseni Yatsenyuk: “Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edərsə, Ukrayna elə həmin gün buna cavab verəcək”
# 17 sentyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edəcəyi halda, Ukrayna da Rusiyaya eyni münasibəti göstərəcək. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, Ukrayna Rusiyanın ticari məhdudiyyətlərinə hazır olmalıdır: “Mən rəsmi şəkildə demək istəyirəm ki, Ukrayna tezliklə Rusiyanın ticari sanksiyaları ilə üzləşəcək. Biz də elə həmin gün dərhal bu məhdudiyyətlərə qarşı lazımi ölçülər götürəcək və qarşılıq verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR