Lerikdə meşə ərazisində 3 gün davam edən yanğın söndürülüb - VİDEO

Lerikdə meşə ərazisində 3 gün davam edən yanğın söndürülüb - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlayan, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçən yanğın iyulun 24-ü saat 12 radələrində tam söndürülüb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ. İbrahimova bildirib ki, yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranıb. ETSN və FHN-in qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub.

Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

İlkin hesablamalara görə, 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR