ÜST: Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib

ÜST: Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
# 12 dekabr 2014 19:14 (UTC +04:00)

Bakı-APA. Qvineya, Liberiya və Sierra-Leonedə Ebola virusuna yoluxanların sayı 18 188 təşkil edib, 6 583 nəfər xəstəlikdən dünyasını dəyişib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Bundan əvvəl Qərbi Afrikanın üç ölkəsində ümumilikdə 17 942 “Ebola” virusu daşıyıcısı aşkar olunduğu və 6 388 nəfərin öldüyü açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR