Fövqəladə hallar nazirinin müavini meşə yanğınları barədə danışıb - FOTO - VİDEO

Fövqəladə hallar nazirinin müavini meşə yanğınları barədə danışıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 14:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Avqust ayında Lənkəranda yanğınlara məruz qalan meşələrin ümumi sahəsi 177 hektar təşkil edir.

APA-nın cənub bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev verib.

Nazir müavini son zamanlar Lənkəran, Lerik, Cəlilabad, Astara və digər rayonlarda meşə yanğınlarının baş verməsinin əsas səbəbini insan faktoru ilə əlaqələndirib: “Mən üzümü bu bölgədə yaşayan insanlara tutub deyirəm ki, hər hansı bir addım həm özlərinin, həm ailələrinin, həm də ekologiyamızın məhvinə gətirib çıxarır”.

Nazir müavini müsahibəsində həmçinin respublika üzrə ümumilikdə 250 hektar ərazidə meşələrin yanğınlar nəticəsində sıradan çıxdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR