Türkiyə və Azərbaycanın Media Tədris Mərkəzi yaratması təklif edilib

Türkiyə və Azərbaycanın Media Tədris Mərkəzi yaratması təklif edilib
# 11 dekabr 2014 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bütün zamanlarda Azərbaycandakı hadisələr bizim media üçün gündəm olub və belə də davam edəcək”. APA-nın xəbərinə görə, bu sözləri TRT-nin baş direktoru Şenol Göka “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının davam etdirilməsi, belə əlaqələrin yayılması və gücləndirilməsi vacibdir: “Son zamanlar sosial, yeni medianın daha təsirli olmasına dair müxtəlif fikirlər səsləndirilir. Qeyd olunur ki, yeni media daha çox önə çıxıb və köhnə medianı bir az arxada qoyub. Amma Avropa Birliyi ölkələri arasında aparılan araşdırmalar göstərir ki, hələ də insanlar arasında köhnə media daha çox populyardır. Yeni media deyilən bu forma qarşıdakı illərdə təsili ola bilər. Amma bu illərin nə qədər uzun və ya qısa olacağı məlum deyil”.


Ş. Göka Türkiyə və Azərbaycan arasında Media Eyitim Mərkəzinin (Media Tədris Mərkəzi) yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, bu mərkəz vasitəsilə iki ölkənin jurnalistləri arasında təcrübə mübadilələrini genişləndirmək, birlikdə güc yaradaraq bütün dünyaya bu gücü tanıtmaq və təsirini göstərmək olar.

TRT-nin fəaliyyəti barədə məlumat verən direktor əlavə edib ki, 2015-ci il yanvarın 15-də ingiliscə kanal yayıma başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR