Azərbaycanda məhkum odlu silahları təhvil verib

Azərbaycanda məhkum odlu silahları təhvil verib
# 08 sentyabr 2014 13:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat-rejim idarəsi Müalicə müəssisəsinin əməkdaşları ilə birgə əməliyyat-profilaktiki tədbir keçiriblər.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirlər nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, ev 19 ünvanında yaşamış, Cinayət Məcəlləsinin 126.3, 221.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Ehtiram Bəxtiyar oğlu tərəfindən könüllü olaraq bir ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 2 ədəd 9 mm kalibrli güllə və bir ədəd F-1 markalı əl qumbarası təqdim olunub.

Odlu silah və sursatlar hüquqi qiymət verilməsi məqsədilə Bakının Nizami rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR