Avropa təşkilatlarından birinin hazırladığı reytinq cədvəlinin yüksək liqasında Azərbaycandan yalnız Xəzər Universiteti yer alıb

Avropa təşkilatlarından birinin hazırladığı reytinq cədvəlinin yüksək liqasında Azərbaycandan yalnız Xəzər Universiteti yer alıb
# 05 avqust 2014 13:34 (UTC +04:00)

Xəzər Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetdən sonra növbəti 3 yeri Qafqaz Universiteti (6923-cü yer), Bakı Dövlət Universiteti (7238-ci yer), Azərbaycan Diplomatiya Akademiyası (8376-cı yer) tutub. Azərbaycanın digər ali məktəbləri isə daha aşağı sıralarda yerləşib.

Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə Gürcüstandan – 3 (İlya Dövlət Universiteti, İvane Çavaxeşvili Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti), Ermənistandan – 2 (Yerevan Dövlət Universiteti və Ermənistan Amerika Universiteti), Qırğızıstandan – 2 (Qırğız-Rusiya Slavyan Universiteti və Mərkəzi Asiya Amerika Universiteti), Qazaxıstan isə – 13 (Qumilev Avrasiya Milli Universiteti, Əl Fərabi Qazax Milli Universiteti, Qazax Milli Texniki Universitet və s.) ali məktəb daxil olub.

Tacikistan, Türkmənistan və Özbəkistan ali məktəbləri isə bu siyahıya daxil ola bilməyiblər.

Qeyd edək ki, bu reytinq cədvəli 2014-cü ilin iyul ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 - ə yaxın ali məktəb, o cümlədən Azərbaycan ali məktəbləri öyrənilib, tədqiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR