Lənkəran və Lerikdə yağan intensiv yağışlar problemlərə səbəb olub - FOTOSESSİYA

Lənkəran və Lerikdə yağan intensiv yağışlar problemlərə səbəb olub - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 14:42 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, sel suları küçə və şose yollarda nəqliyyat vasitələrin, həmçinin piyadalın hərəkətində çətinliklər törədib.

Bu gün Lənkəran-Lerik şose yolunun 17-ci km-liyində baş verən dağ uçqunu və torpaq sürüşməsi nəticəsində yolda nəqliyyatın hərəkəti çətinləşib. Lil-palçığa batan avtomaşınların əksəriyyəti sakinlərin köməyi ilə ərazidən keçirilib.

Lerik Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, torpaq sürüşməsi təhlükəsi Lənkəran-Lerik şose yolunun 10-12 yerində aktivləşib. 43 saylı Lerik rayon Yol İstismar İdarəsinin cəmi bir texnikası ilə 56 km-lik sürüşmə təhlükəsi ilə üz-üzə qalan yola nəzarət etmək imkan xaricindədir. Əlavə texnikaya ehtiyac var.

Qeyd edək ki, intensiv yağışlar ən çox bölgənin Lənkəran rayonuna düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran regional Hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, ötən axşamdan bəri rayona düşən yağıntının miqdarı 35,2 mm təşkil edib. Proqnoza görə, bölgədə yağıntılı hava şəraiti oktyabrın birinci ongünlüyünün sonuna kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR