Qubad İbadoğlunun şikayətinə bir ay ərzində cavab veriləcək

Qubad İbadoğlunun şikayətinə bir ay ərzində cavab veriləcək
# 14 oktyabr 2014 14:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyanın qurultayındakı seçki və Nizamnamə pozuntuları ilə bağlı şikayətinə bir ay ərzində cavab veriləcək. Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Q. İbadoğlunun şikayəti artıq Mərkəzi Nəzarət və Təftiş Komissiyasına daxil olub və araşdırılır.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR