Gürcüstanda vəzifəsindən azad olunan nazirlərin yerinə yeni təyinatlar olub

Gürcüstanda vəzifəsindən azad olunan nazirlərin yerinə yeni təyinatlar olub
# 22 iyul 2014 17:31 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda vəzifəsindən azad olunan nazirlərin yerinə rəsmi olaraq yeni təyinatlar olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni təyinatla bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib. Baş nazir bildirib ki, Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili cəzaların icrası və probasiya naziri, Otar Danelia kənd təsərrüfatı naziri, David Şavleiaşvili regional inkişaf və infrastruktur naziri, Qela Dumbadze diaspora məsələləri üzrə dövlət naziri vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, baş nazir İ.Qaribaşvili mədəniyyət naziri postuna namizəd irəli sürməyib.

Xatırladaq ki, bundan əvvəl cəzaların icrası və probasiya naziri Sozar Subari qaçqınlar və məskunlaşdırma naziri və Elquca Xokrişvili təbiəti mühafizə naziri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR