Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət edib

Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət edib
# 14 oktyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuriy Fedotova müraciət ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (280 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 866 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və Azərbaycan ərazisindən tranzit olaraq keçdiyi barədə məlumat yayıb. Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır. Prosedur qaydalara görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən bu məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Ə. Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoruna müraciət unvanlayıb.

Araşdırmaların nəticəsi barədə mətbuata əlavə məlumatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR