Donbasda ATƏT-in müşahidə qrupu atəşə tutulub

Donbasda ATƏT-in müşahidə qrupu atəşə tutulub
# 27 noyabr 2014 01:38 (UTC +04:00)

Bakı – APA. Noyabrın 26-da Ukraynanın Donetsk vilayətində ATƏT-in müşahidə qrupu qumbaraatan və zenit qurğusundan atəşə tutulub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi açıqlamasında deyilir.

Hadisə ATƏT nümayəndələrinin Ukrayna hərbçilərinin müşahidəsi ilə iki nəzarət-keçid məntəqəsi arasında avtomobillərlə hərəkət etdikləri zaman baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb. Аtəşin kim tərəfindən və nə məqsədlə açıldığı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR