İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 22 avqust - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 22 avqust - <span style="color: red;">VİDEO
# 22 avqust 2014 17:06 (UTC +04:00)

Bakı-APA. Türkiyənin yeni baş naziri artıq bəllidir, sadəcə bəzi formal proseduraların yerinə yetirilməsi qalıb. Davudoğlu Ərdoğan olmayacaq, bu da aşağı-yuxarı bəllidir, amma prezident seçkilərindən sonra Türkiyə də əvvəlki Türkiyə deyil, bu gerçəyi də qəbul etmək lazımdır. Davudoğlu Ərdoğanın seçimidir, niyə Davudoğlu sualının cavabını da AKP liderinin xarakterində axtarmaq lazımdır. Ölkənin gəlib-keçmiş ən xarizmatik lideri olan Rəcəb Tayyip Ərdoğanın siyasi portretində iki xüsusiyyəti həmişə daha qabarıq nəzərə çarpıb. İdarə olunan və sədaqətli insanlarla işləmək. Ərdoğanın komandasının bütün üzvləri bu xüsusiyyətə görə seçilib, lakin həm idarə olunmaq, həm sədaqət baxımından Əhməd Davudoğlu digərlərindən həmişə bir addım öndə olub. Bəlkə də tutduğu vəzifə səbəbilə onun bu keyfiyyətləri digər partiya rəhbərləri və hökumət üzvlərinə nəzərən daha çox nəzərə çarpıb. Və ən nəhayət Əhməd Davudoğlunun adı 17 dekabr hadisələrindən sonra adı korrupsiya qalmaqallarında hallanmayan və hallanması da mümkün olmayan az sayda hökumət üzvlərindən biridir. Davudoğlu seçimi həm də hökumətin prezidentin fonunda daha kiçik görünməsini təmin edəcək ki, bu da Ərdoğan üçün önəmli faktordur. Istənilən halda Türkiyə üçün xeyirli olmasını diləyirik!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR