Ağdaşda yanğın 3 məcburi köçkün ailəsini evsiz qoyub, 15 baş iri və xırdabuynuzlu heyvan yanaraq tələf olub - VİDEO

Ağdaşda yanğın 3 məcburi köçkün ailəsini evsiz qoyub, 15 baş iri və xırdabuynuzlu heyvan yanaraq tələf olub - <span style="color: red;">VİDEO
# 20 avqust 2014 21:22 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 20-də gecə saat 22:00 radələrində rayonun Bəylik kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən və ümumi sahəsi 800 kvadratmetr olan mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ferma tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı fermadakı 6 baş iribuynuzlu və 9 baş xırda buynuzlu heyvan, eləcə də 5 min ton ot, 13 baş arı ailəsi yanaraq külə dönüb.

Hadisə zamanı fermada 20 ildir ki, yaşayan Ağdam rayon sakini 1957-ci il təvəllüdlü Şükürov Bəylər İsa oğlu və onun oğlanları-Şükürov Əlişir və Şükürov Sənanın ailəsi evsiz qalıb.

Hər 3 ailə uzun illərdir ki, fermanın bir hissəsini özləri üçün ev edərək orada yaşayırdı. Hadisə zamanı evlər və içərisindəki bütün əşyalar tamamilə yanaraq külə dönüb. Hadisənin elektrik naqilində qısa qapanma səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR