ATƏT sədri: “Biz Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığı təşviq etməyə çalışmışıq”

ATƏT sədri: “Biz Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığı təşviq etməyə çalışmışıq”
# 04 dekabr 2014 11:46 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Sədrliyimiz dövründə ATƏT-in müvafiq roluna uyğun olaraq biz Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığı təşviq etməyə çalışmışıq”. APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən toplantısında çıxışı zamanı deyib. O, Avropada sabitliyin pozulduğunu söyləyərək Ukraynadakı münaqişənin Avropanın təhlükəsizliyinə mənfi təsir etdiyini bildirib.

D. Burkhalter İsveçrənin quruma rəhbərlik etdiyi dövrdə prioritet məsələlər üzərində işlədiyini vurğulayıb: “Sədrliyimiz dövründə ATƏT-in müvafiq roluna uyğun olaraq biz Qərbi Balkanlarda, Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik və əməkdaşlıq təşviq etməyə çalışmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR