“Azneft” İB-də geniş müşavirə keçirilib

“Azneft” İB-də geniş müşavirə keçirilib
# 30 oktyabr 2014 07:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyində (İB) 2014-cü ilin 9 ayının yekunlarına, texniki və iqtisadi göstəricilərin təhlilinə həsr olunmuş hesabat xarakterli geniş müşavirə keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə daxil olan məlumata görə, tədbirdə şirkətin vitse-prezidenti Rəhman Qurbanov, İB-nin və onun strukturuna daxil olan müəssisələrin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İB-nin baş direktoru Daşqın İskəndərov bu ilin 9 ayı ərzində neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, bu dövrdə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

Hesabat dövründə birliyin idarə və müəssisələrində qeydə alınmış istehsalat və iqtisadi göstəricilərin təhlili, enerjidaşıyıcılara qənaət, həmçinin mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı çıxışlar dinlənilib.

Müşavirədə göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırılıb, qarşıda duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR