Zərdabda narkotik istifadəçisindən 460 qr marixuana götürülüb - VİDEO

Zərdabda narkotik istifadəçisindən 460 qr marixuana götürülüb - <span style="color: red;">VİDEO
# 18 noyabr 2014 17:40 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunda narkotik istifadəçisi saxlanılıb. APA – nın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat – axtarış tədbirləri nəticəsində rayonun Bıçaqçı kənd sakini 55 yaşlı Tarverdi Mirzəyev saxlanılıb. Baxış zamanı onun üzərindən və evindən ümumilikdə 460 qr qurudulmuş marixuana götürülüb.

Təqsirləndirilən T. Mirzəyev 3 ilə yaxındır ki, bu işlə məşğul olduğunu və tutduğu əməlindən peşman olduğunu etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR