Ağdaşda oğurluq edən dostlardan biri tutulub

Ağdaşda oğurluq edən dostlardan biri tutulub
# 08 dekabr 2014 09:50 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda qeydə alınan oğurluq faktının üstü açılıb.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ağdaş şəhərində qeydə alınıb. Şəhər sakini İnqilab İsmayılova məxsus mağazaya gecə vaxtı daxil olaraq oradan 400 manat dəyərində ərzaq malları oğurlayan dostlardan biri tutulub.

İ. İsmayılovun Rayon Polis Şöbəsinə təqdim etdiyi ərizə əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Mingəçevir sakini, əvvəllər məhkum olunmuş Əkbər Tağızadə tutularaq istintaqa təhvil verilib. O, oğurluq etdiyini etiraf edib və hadisəni dostu, Mingəçevir sakini Xəqani Əliyevlə birgə törətdiyini bildirib.

Hazırda polis X. Əliyevin tapılması üçün əməliyyat-axtarış tədbirlərini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR