Azərbaycan xarici işlər naziri Litvanın yeni səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Litvanın yeni səfirini qəbul edib
# 26 avqust 2014 12:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Litvanın yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Lastauskas etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

E. Məmmədyarov V. Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanla Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Öz növbəsində V. Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR