“Kapital Bank” Xocalı köçkünlərinin içməli su problemini həll edib

“Kapital Bank” Xocalı köçkünlərinin içməli su problemini həll edib
# 15 sentyabr 2014 12:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək üçün “Kapital Bank”ın maliyyə dəstəyi ilə inşa edilmiş yeni su hövzəsinin açılışı olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində Xocalı rayon İcra Hakimiyyətinin təmsilçiləri, “Kapital Bank” nümayəndələri, Aşağı Ağcakənd qəsəbəsi sakinləri iştirak edib.

köhnə su hövzəsi təmirsiz olduğundan ərazidə içməli su ilə bağlı müəyyən çətinliklər var idi. İndi Xocalı köçkünləri bankın onlara hədiyyə olaraq inşa etdiyi yeni su hövzəsindən faydalana biləcəklər.

Tədbirdə çıxış edən Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev “Kapital Bank”ın sosial məsuliyyət layihələrinin müxtəlif sahələri əhatə etdiyini bildirib.

O qeyd edib ki, Aşağı Ağcakənd qəsəbəsində bankın köməyi ilə yeni su hövzəsinin tikintisi də dövlət rəhbərliyinin həyata keçirdiyi regional inkişaf siyasətinə dəstək olan layihələrdən biridir. Onun sözlərinə görə, bank bu cür sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirməkdə qərarlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR