Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki və siqaret aşkarlayıb

Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki və siqaret aşkarlayıb
# 12 sentyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın gömrük orqanları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş spirtli içkilər və tütün məmulatları aşkarlanıb.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu günlərdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A. Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR