Müdafiə naziri Zakir Həsənov Bolqarıstan səfirini qəbul edib

Müdafiə naziri Zakir Həsənov Bolqarıstan səfirini qəbul edib
# 04 noyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Hristovanı qəbul edib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, nazir səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR