Azərbaycanda sığortaçıların attestasiyası keçiriləcək

Azərbaycanda sığortaçıların attestasiyası keçiriləcək
# 24 sentyabr 2014 07:11 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda sığortaçıların attestasiya həyata keçiriləcək.

Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) “APA-Economics”ə verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun 27 və 29 sentyabr 2014-cü il tarixlərində növbəti test imtahanı keçiriləcək.

Sənədləri DSNX-ya tam olaraq təqdim olunmuş şəxslər 25 sentyabr 2014-cü il saat 18:00-dək Dövlət Xidmətinə müvafiq e-mail vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətinin növü və ya təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR