Edvard Nalbandyan həmsədrlərlə görüşüb

Edvard Nalbandyan həmsədrlərlə görüşüb
# 04 dekabr 2014 08:09 (UTC +04:00)

Bakı – APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryu, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. APA-nın “Armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, görüşdə E. Nalbandyan Ermənistan hərbi helikopterinin vurulmasından sonra yaranmış vəziyyət və Azərbaycan tərəfinin ritorikasına diqqəti cəlb edib. Münaqişənin sülh yolu ilə həlli prosesinin inkişaf imkanları müzakirə olunub. E. Nalbandyan Ermənistanın həmsədrlərlə birgə səyləri davam etdirməyə hazır olduğunu söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR