Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyənin hərbi məktəblərində olacaqlar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyənin hərbi məktəblərində olacaqlar
# 15 noyabr 2014 07:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyənin hərbi tədris müəssisələrinə tanışlıq səfəri edəcəklər.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin nümayəndələri noyabrın 17-dən 18-dək Ankara şəhərində Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, həmçinin Kuleli Liseyini ziyarət edəcək.

Azərbaycan hərbçiləri həmçinin noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursuna qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR