Rusiya Azərbaycanlı Gənclər Təşkilatının foto müsabiqəsinə yekun vurulub - FOTOSESSİYA

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının foto müsabiqəsinə yekun vurulub - <span style="color: red;">FOTOSESSİYA
# 15 sentyabr 2014 14:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının keçirdiyi “The Best Summer Photo of Azerbaijan-2014” müsabiqəsinə yekun vurulub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən həvəskar fotoqraflar müsabiqəsinin yekununa həsr olunmuş tədbiri açan Rusiya Azərbaycanlı Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Emin Hacıyev qısa müddətdə müsabiqəyə 250-dən çox iş təqdim olunduğunu söyləyib: “Bizə çoxlu sayda maraqlı fotoşəkillər göndərilib, onların arasından qalibləri seçmək çox çətin idi”.

Təşkilatın Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov Rusiyada təhsil alan azərbaycanlı tələbələrin iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynadıqlarını söyləyib.

Daha sonra müsabiqənin qalibləri elan edilib. Altı nominasiya üzrə qaliblərin hər birinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından diplomlar və pul mükafatları təqdim edilib.

"Bakı. Memarlıq" nominasiyasında Heydər Əliyev Mərkəzinin fotosu, "Turizm" nominasiyası üzrə İçərişəhər, "Azərbaycan peyzajları" nominasiyası üzrə Naxçıvandakı "Əshabi-Kəf" mağarası, "Ekologiya" nominasiyası üzrə Bakının panoramı, “Moskva azərbaycanlıların gözü ilə” nominasiyası üzrə Qızıl Meydan fotosu qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR