“Unibank” müştərilərinə bayram sürprizi hazırlayıb - FOTO

“Unibank” müştərilərinə bayram sürprizi hazırlayıb - <span style="color: red;">FOTO
# 07 noyabr 2014 10:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank” Azərbaycan xalqını 9 noyabr Dövlət Bayrağı günü münasibətilə hər bir vətəndaş üçün xüsusi sürprizlər hazırlayıb.

İşindən, peşəsindən asılı olmayaraq hər kəs 8 noyabrda bankın filiallarına yaxınlaşaraq, bu sürprizdən faydalana bilər. Sürprizin nədən ibarət olduğunu isə müştərilər bankın filiallarına müraciət edəndə biləcəklər.

Artıq müştərilər iş yerindən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət edə bilərlər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, bank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcək.

İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Unibank”ın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR