Azərbaycanda əmanətlərin sığortalanması üzrə maksimum məbləğ artırıla bilər

Azərbaycanda əmanətlərin sığortalanması üzrə maksimum məbləğ artırıla bilər
# 06 avqust 2014 09:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Qorunan əmanətlər üzrə faiz dərəcəsinə yenidən baxmağa ehtiyac yoxdur. Bununla bağlı hələ ki, dəyişikliklər gözlənilmir”. “APA-Economics”in məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Əmanətlərin sığortalanması üzrə maksimum məbləğinin artırılmasına gəlincə, A. Cavadov bildirib ki, gələcəkdə qanunvericiliyə dəyişiklik ediləndə bu məsələyə baxılacaq.

“Əlbəttə ki, əmanətlərin sığortalanması üzrə maksimum məbləğin artırılması ehtimalı var. Çünki, respublikamız inkişaf edir, iqtisadi durum yaxşılaşır, sabitlik var. İnsanların maddi rifahı yaxşılaşdıqca, bir əmanətçiyə düşən əmanətin məbləği artır, adambaşına düşən ÜDM-in səviyyəsi artır. 2009-cu ildə bu məbləğ 5 dəfə - 6 00 manatdan 30 000 manata qaldırıldı. Bu isə o deməkdir ki, ən azı 5 illik öhdəlik olaraq qaldırılmışdı. Əlbəttə ki, hazırda qanunvericiliyə dəyişiklik ediləndə bu məsələ də gündəmdə olacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, 2014-cü il mayın 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR