“Haber7.com” saytının baş redaktoru: “Ukraynada inqilab, Türkiyədə çevriliş cəhdi olan Gəzi olayları sosial media üzərindən təşkil edilib”

“Haber7.com” saytının baş redaktoru: “Ukraynada inqilab, Türkiyədə çevriliş cəhdi olan Gəzi olayları sosial media üzərindən təşkil edilib”
# 11 dekabr 2014 09:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Türkiyədə ənənəvi media oxucuları 3 milyon, elektron media izləyicilərinin sayı isə 12 milyon nəfərdir”. APA-nın məlumatına görə, bunu Bakıda “Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan İnternet mediasına keçid” mövzusunda keçirilən konfransda “Anadolu” Agentliyinin baş direktoru müavini Əbubəkir Şahin deyib.


Ə. Şahin bildirib ki, 1920-ci ildə qurulan “Anadolu” Agentliyi hazırda 8 dildə xəbər yayır. “Anadolu” Agentliyinin rusdili redaksiyasının Azərbaycanda yerləşməsindən qürur duyduqlarını söyləyən Ə. Şahin nəzərə çatdırıb ki, bu gün “Anadolu” Agentliyi 33 ölkədə 86 təmsilçiliyi olan dünyanın 8-ci ən böyük agentliyinə çevrilib.

Daha sonra konfrans çərçivəsində panellər təşkil edilib. Birinci paneldə çıxış edən “Haber7.com” baş redaktoru İbrahim Ərdoğan Azərbaycan və Türkiyənin təkcə siyasi, iqtisadi sahələrdə deyil, media sahəsində də ortaq mövqedən çıxış etməsini vacib sayıb: “Bir məsələni də qeyd etmək istəyirəm. Söhbət sosial mediadan gedir. Ukraynada inqilab, Türkiyədə çevriliş cəhdi olan Gəzi olayları sosial media üzərindən təşkil edilib. Bu yaxınlarda Türkiyənin Diyarbəkir və digər bölgələrində qanlı hadisələr də sosial media üzərindən təşkil olunmuşdu. Azərbaycanda müxalif düşərgələr də internet və sosial mediadan geniş istifadə edirlər”.

İ. Ərdoğan media sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın münasibətlərinin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR