MSK Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verib - VİDEO

MSK Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verib - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2014 13:32 (UTC +04:00)

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.


Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. M. Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.


MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.


M. Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR