Xaçmazda 26 yaşlı gənc boğazından bıçaqlanıb - VİDEO

Xaçmazda 26 yaşlı gənc boğazından bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2014 06:30 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmudov Vüqar Tacəddin oğlu boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona boynun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR