Azərbaycan prezidenti Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib - FOTO

Azərbaycan prezidenti Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 06 avqust 2014 13:35 (UTC +04:00)

APA-nın məlumatına görə, prezidentə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.

Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb.

Sonra prezident qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub.

Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İ. Əliyev görüşdə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR