Bakıda 67 yaşlı kişi dənizdə batıb, oğlu isə xilas edilib - YENİLƏNİB

Bakıda 67 yaşlı kişi dənizdə batıb, oğlu isə xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2014 13:42 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumat görə, avqustun 10-da Xəzər rayonunun Şüvəlan dəniz çimərliyində, Xırdalan şəhər sakini Malik Səfərov və oğlu Elçin çimərkən suda boğulublar. Elçin xilas edilərək xəstəxanaya yerləşdirilib, atasının meyiti isə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

***

saat 10:53

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər dənizdə batıb.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. 67 yaşlı Malik Səfərov dənizdə çimərkən boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR