Cəlilabadda avtobus minik maşını ilə toqquşub, 6 nəfər yaralanıb - VİDEO

Cəlilabadda avtobus minik maşını ilə toqquşub, 6 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 05 dekabr 2014 09:25 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Elvar Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “Mercedes”in dörd, “Ford”un isə iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiya kimi qəzanın “Ford” markalı sərnişin mikroavtobusunun yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR