Rusiya XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşüb

Rusiya XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşüb
# 28 noyabr 2014 14:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Avropa Şurası ilə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə ümid edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Avropa Şurasının (AŞ) baş katibi Tornbörn Yaqlandla görüşü zamanı deyib.

"Biz ötən illərdə AŞ ilə Rusiya arasında olan mehriban münasibətlərin atmosferini qiymətləndiririk. Ümid edirik ki, Rusiya Avropa Şurası arasında əməkdaşlığa dair olan bütün kompleks məsələlərlə bağlı konstruktiv qarşılıqlı fəaliyyət davam edəcək", - deyə S. Lavrov bildirib

T. Yaqland da Rusiya ilə Avropa Şurasının gələcək əməkdaşlığına ümid bəslədiyini söyləyib: "Rusiya Avropa Şurasının tamhüquqlu üzvüdür. Bizim ümumi dəyərlərimiz var. Böhran və çətin vəziyyətlərdə bu dəyərləri təşviq etmək vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR