Suriya XİN rəhbəri: "Beynəlxalq koalisiyanın hava hücumları İŞİD-i zəiflətməyib”

Suriya XİN rəhbəri: "Beynəlxalq koalisiyanın hava hücumları İŞİD-i zəiflətməyib”
# 29 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Beynəlxalq koalisiyanın İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi aviazərbələr uğursuz olub”.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Livan telekanalına müsahibəsində Suriya xarici işlər naziri Valid əl-Muallem deyib.

"Mövcud durum onu göstərir ki, beynəlxalq koalisiyanın 2 aylıq hava hücumları İŞİD-i zəiflətməyib”, - deyə diplomat vurğulayıb.

O qeyd edib ki, İŞİD-i məhv etməyin yeganə yolu Türkiyənin sərhəd nəzarətini gücləndirməsidir və xarici döyüşçülərin Suriyaya keçməsinin qarşısının alınmasıdır: "ABŞ və BMT Təhlükəsizlik Şurası Türkiyəyə öz sərhədlərinə nəzarəti gücləndirmək barədə xəbərdarlıq etməsə, İŞİD problemini aradan qaldırmaq üçün aparılan mübarizə mənasız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR