Balakəndə bıçaqlanma hadisəsi baş verib - FOTO - VİDEO

Balakəndə bıçaqlanma hadisəsi baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2014 08:44 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda 38 yaşlı kişi bıçaqlanıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Tülü kənd sakini, 1976-cı il təvəllüdlü Akif Camal oğlu Bayramov qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Akif Bayramovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR