Bakı - APA. Bu gün Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçirilir.
XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.