İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 19 avqust - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 19 avqust - <span style="color: red;">VİDEO
# 19 avqust 2014 17:11 (UTC +04:00)

Bakı-APA. Ukrayna itirilmiş mövqelərini bərpa etməyə başlayıb. Separatçıların əsas dayaq nöqtələrindən Luqansk və Donetskin mərkəzin hakimiyyətin nəzarətinə keçməsi artıq zaman məsələsidir. Dörd ay əvvəl aldığı zərbədən nokauta düşən Kiyevin özünə gələcəyi və oyunu bu raunda kimi davam etdirəcəyi xəyal kimi görünürdü, lakin ukraynalılar bunu bacardılar. Oyun bitdikdən sonra nəticə ilə bağlı çox şərhlər vermək, səbəblər saymaq olar. Amma Ukraynanın başından qara buludlar hələ çəkilməyib və oyun bitməyib. Bununla belə Kiyevin separatçılara qarşı mübarizəsinin uğurla davam etməsində bir faktorun rolu danılmazdır, o faktoru vurğulamaq üçün oyunun bitməsini gözləməyə dəyməz. Bu faktor - legitim siyasi hakimiyyətdir. Əslində baş verənlər göstərdi ki, istər Krım məsələsində, istərsə şərq vilayətlərində separatçılıq hərəkatının genişlənməsində Ukraynada hakimiyyət boşluğunun Maydandan qaynaqlanan anarxiyanın böyük rolu oldu. Prezident seçkilərindən sonra isə Kiyev özünü toparlamağa, soyuqqanlı siyasət yürütməyə, prosesləri soyuq başla dəyərləndirməyə başladı və nəticə göz qabağındadır – antiterror birləşmələri demək olar ki hər gün bir yaşayış məntəqəsini separatçılardan azad edirlər. Və bu, qarşısı alınmaz prosesə çevrilib. Və prosesdə Qərbin Rusiyaya qarşı sanksiyalarının orta və uzun müddətdə təsiri, dünya bazarında neftin qiymətinin ucuzlaşması və bu kimi digər faktorlar az rol oynamadı. Qısası, Ukraynanın separatçılara qarşı mübarizədə addım-addım irəli getməsində bütün faktorların eyni zamanda bir araya gəlməsinin böyük rolu var. Yəni, bu işdə həm də bir şans amili var. Ukrayna beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü tam bərpa edə biləcəkmi? Xeyr, hər şeyə rəğmən, bu, qaranlıq perspektivdir. Şərq vilayətlərində öz hakimiyyətini bərpa edə biləcəkmi? Tam olmasa da, böyük miqdarda bəli. O zaman Ukraynanın uduşu yalnız bu olacaq - öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə apara bildiyini nümayiş etdirmək. Ukrayna bu baxımdan postsovet məkanında həm də gözəl bir presedent yaratmış olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR