Tərcümə Mərkəzinin Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib

Tərcümə Mərkəzinin Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib
# 12 sentyabr 2014 14:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin (AzTM) Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib. AzTM-nin mətbuat işləri üzrə müşaviri Fərid Hüseynovun APA-ya verdiyi məlumata görə, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən mərkəzin mədəniyyət attaşesi və müdiri Əhməd Sami Elayd ilə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud arasında baş tutan görüşdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və Qarabağ probleminə aid siyasi, elmi və bədii kitabların tərcümə məsələləri müzakirə edilib: “Misir Ərəb Respublikasının səfirliyinin nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin Tərcümə Mərkəzi ilə yaradıcı əlaqələrin qurulması, Misirdə keçiriləcək beynəlxalq sərgi-yarmarkalarda ölkəmizin təmsil olunması məsələləri ətrafında söhbət aparılıb. Gündəmə gətirilən məsələləri mərkəz yaxın zamanlarda həyata keçirməyə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR