Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 01 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 80,54 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar ucuzlaşaraq 85,86 dollar olub.

Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 2,5% və ya 2,23 dollar ucuzlaşaraq 86,61 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR