Göygöl rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb - VİDEO

Göygöl rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 24 avqust 2014 09:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Göygöl rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonunda Bakı-Qazax yolunun 360-cı kilometrliyində “VAZ 2107” markalı minik avtomobili yolun dəmir ara kəsmələrinə çırpılıb.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Nağıyev Tural Bəşir oğlu hadisə yerində vəfat edib. Onun cəsədi deformasiyaya uğramış avtomobildən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR