Tibb Baş İdarəsi: Leyla Yunus tibbi xidmətlər və müayinələrdən imtina edir

Tibb Baş İdarəsi: Leyla Yunus tibbi xidmətlər və müayinələrdən imtina edir
# 27 noyabr 2014 13:31 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov deyib.

İ. Qurbanov bildirib ki, L. Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: “Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir ” .

Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178-ci (Dələduzluq), 192-ci (Qanunsuz sahibkarlıq) və digər maddələr üzrə təqsirləndirilir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılan L. Yunusun vəkilləri onun səhhətinin pisləşməsi barədə mətbuata açıqlamalar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR