Bakı. Rüfət Əhmədzadə - APA. Keniya polisi saxta İsrail pasportu ilə Ermənistandan gəlmiş iranlıları saxlayıb.
APA - nın “France Press”ə istinadən verdiyi məlumata görə, Nayrobi aeroportunda saxlanılanların qadın və kişi olduğu bildirilir.
Həmin şəxslər saxta pasportla Belçikaya uçmaq fikrində olublar. Yerli polisdən bildiriblər ki, saxlanılan iranlılara qarşı saxta pasport daşımaq ittihamı irəli sürüləcək.